Sumqayıt, Zağulba, Lökbatan və Buzovna çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 7 nəfər çimərkən batma təhlükəsilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.
Xilas edilən şəxslərdən 4 nəfəri xarici ölkə vətəndaşı olub.