• HADİSƏ

    11:38 17 may 2019

BDU-ya tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin şikayəti təmin edilməyib

Külli miqdarda dələduzluqda təqsirləndirilən Musa Musayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

İttihama görə, M. Musayev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Qasımov Məmməd Qurbanəli oğluna oğlu Qurban Qasımovu 2016-cı ilin sentyabr ayında Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnstitutunun hüquq fakültəsinə qəbul etdirəcəyi və 2017-ci ilin yanvar ayında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülməsini təmin edəcəyi barədə yalandan vəd edib aldadaraq 2016-cı ilin avqust ayının ortalarında Şəki şəhərində Musayev Sərxan Əsəd oğlunun vasitəsi ilə 5.000 manat pulunu, 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayının sonlarına qədər olan müddət ərzində Babayev Eldar Qüdrət oğlunun vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 3-cü km ünvanında yerləşən Bakı Beynəlxalq Avtovağzalındakı marşrut avtobuslarının dayanacağında ayrı-ayrı vaxtlarda 4.500, 5.000, 5.000, 4.000, 4.500, 4.000, 10.000, 6.000, 5.000 və 3.500 manat pulunum dələduzluq yolu ilə alıb. O, zərərçəkmiş şəxs Qasımov Məmməd Qurbanəli oğluna ümumilikdə 63.800 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR