Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qarşısında qeydə alınıb. Tovuz rayon sakini Əli Nuriyev idarə etdiyi “VAZ-2107” markalı maşınla yolu keçən, 1969-cu il təvəllüdlü Malik Cəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.