• HADİSƏ

    21:03 2 iyun 2019

Şəmkirdə bəhməz hazırlayan qadın yanıq xəsarəti alıb - FOTO

Şəmkir sakini bəhməz hazırlayan zaman yanıq xəsarəti alıb.

ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Seyfəli kənd sakini 1957-ci il təvəllüdlü Əliyeva Anaxanım Ağamməd qızı həyətində bəhməz çəkən zaman qaynar qazan onun üzərinə aşıb. Yanıq xəsarəti alan qadın xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR