Mingəçevirdə 18 yaşlı oğlan suda boğulub.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Orxan Naib oğlu Tağıyev Mingəçevir su anbarında çimərkən boğularaq ölüb.
O.Tağıyevin sərxoş vəziyyətdə suya girdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.