Bərdədə bıçaqlanma hadisəsi baş verib.
ONA-nın yerli muxbirinin xəbərinə görə, rayonun Mirzəxan kəndində kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Rizvan Rza oğlu ailədaxili münaqişə zəminində bıçaqlanıb. R.Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onu kürəkəni, Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Quluyev Rəhman Baxşeyiş oğlunun bıçaqladığı müəyyənləşib.
Hadisəni törətdikdən sonra qaçan E. Quliyevin tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.