• HADİSƏ

    18:46 8 dekabr 2019

Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb

Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə şəhər, Təbriz küçəsində qeydə alınıb.

Hüseyinli Ayşən Etibar qızı anası ilə vanna otağında qazdan zəhərlənib. Hadisə yerinə çağırılan həkimlər ananın - 1992-ci il təvəllüdlü Hüseynova Aynur Şahin qızının həyatını xilas etsələr də, 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Habil

Teqlər:

SON XƏBƏRLƏR