• HADİSƏ

    17:17 7 iyun 2019

Bərdədə iki “QAZel” toqquşub, baş verən yanğında 3 nəfər xəsarət alıb

Bərdədə iki yük avtomobili toquşub.

APA-nın yerli müxbirinin xəbərinə görə, rayonun Alpoud kəndində iki “QAZel” markalı maşının toqquşması nəticəsində hər iki avtomobildə yanğın baş verib.

Avtomobillərdən birinin sürücüsü və iki sərnişin müxtəlif bədən xəsarətləri və yanıq xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR