• HADİSƏ

    23:07 25 aprel 2019

Bərdədə intihar etmək istəyən şəxsi atası xilas edib

Bərdədə intihara cəhd hadisəsi qeydə alınıb.

ONA-nın yerli muxbirinin xəbərinə görə, hadisə Bərdə şəhərinin 20 yanvar küçəsində baş verib.

Rayon sakini 1982-ci il Nəcəfov Zaur Fətəli oğlu yaşadığı evin həyətində özünü asıb.

Z.Nəcəfovun evdə olmadığını görən ailəsi onu həyətdə iplə asılı vəziyyətdə aşkar edib.

Atası dərhal ipi kəsərək, Zauru xilas edib və təcili-tibbi yardıma xəbər verib.

Ilkin müayinə zamanı Z.Nəcəfovun içkili olduğu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Habil

Teqlər:

SON XƏBƏRLƏR