• HADİSƏ

    10:28 27 may 2019

Bərdədə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb

Bərdə rayonunda kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ONA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Qarabağ Kanalının Bərdə rayonundan keçən hissəsində qanunsuz ov etməkdə şübhəli bilinən rayon sakinləri Mehman Abbasov, Mahmud Nəcəfov, Rafiq Mehdiyev və Kərim Əmrahov saxlanılaraq polis şöbəsinə gətirilib. Yoxlama zamanı onlardan balıq tutmaq üçün müxtəlif avadanlıqlar, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 29 ədəd müxtəlif növ balıq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR