• HADİSƏ

    03:24 21 iyul 2019

Bərdədə ticarət obyekti yanır, FHN əməkdaşları hadisə yerindədir


Bərdə rayonunun mərkəzində yerləşən ticarət obyektlərindən birində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən (FHN) APA -ya verilən məlumata görə, yanğın rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.


Dərhal FHN-in yanğından mühafizə bölməsi hadisə yerinə gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq zəruri tədbirlər görülür.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR