Bərdədə traktor kanala aşıb, sürücüsü ölüb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 02:26 08 İyul 2020

Bərdədə traktor kanala aşıb, sürücüsü ölüb - FOTO

Bərdədə kanala düşən traktorun sürücüsü boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə “Yuxarı Qarabağ” su kanalının rayonun Güloğullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri traktorun sürücüsü Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlunun meyitini, traktorda olan Cəlilabad rayon sakini, 38 yaşlı Adıgözəlov Aydın Səfalı oğlunu isə yaralı vəziyyətdə sudan çıxarıblar. A.Adıgözəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Habil Aslanoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR