Bərdədə uşaq ölümü olub.
ONA-nın məlumatına görə, Bərdə rayonu Nazırlı kənd sakini, 1998-ci il təvəllüdlü Günay Şamil qızı Babayeva aprelin 16-da vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə doğum evinə daxil olub. Ana iki əkiz qız uşağı dünyaya gətirib. Əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb.
Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.