• HADİSƏ

    01:12 23 iyun 2020

Bərdədə yeniyetmə traktorun altında qalaraq ölüb - FOTO


Bərdədə yeniyetmə aşan traktor altında qalaraq ölüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyən zaman traktor onun üzərinə aşıb.

E.Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR