Bərdədə piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Yol kənarında meyvə-tərəvəz satan Məmmədov Elxan Xanlar oğlunu minik maşını vurub. Nəticədə E.Məmmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.