Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin hüquqi varislərinin anket məlumatları dəqiqləşdirilib. H. Quliyevin vəkillərinin məhkəməyə gəlmədiyi məlum olub.
Buna görə aprelin 4-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə 2017-ci il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə 5 nəfər ölüb. H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, daha əvvəl bu işə baxılan zaman təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov vəsatət qaldırıb. O, cinayət işinin düzgün araşdırılmadığını və işin yenidən prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.