Beyləqanda 2 minə yaxın çətənə kolu məhv edilib
  • HADİSƏ

  • 12:20 30 May 2019

Beyləqanda 2 minə yaxın çətənə kolu məhv edilib

Beyləqan rayonunda yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bolsulu kəndi ərazisində yabanı halda bitən 1760 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Orxan Məmmədli

Teqlər: Beyləqan çətənə bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR