• HADİSƏ

    11:27 8 may 2019

Beyləqanda avtomobil əvvəl traktorla, sonra “KamAz”la toqquşub: ölən var

Beyləqan rayonunda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 7-də Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V. Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi “T-28” markalı traktora vurub, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölüb, özü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR