Beyləqan rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 14-də Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağcabədi rayon sakini Məhərrəm Məmmədov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.