• HADİSƏ

    18:02 28 mart 2019

Beyləqanda avtomobil su kanalına düşüb - VİDEO

Beyləqanda avtomobil su kanalına düşüb.

ONA-nın məlumatına görə, hadisə bu gün Beyləqan rayonun girişində qeydə alınıb. “Nissan” markalı, 90 UF 203 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb. Ağac avtomobilin zərbəsinə tab gətirməyərək qırılıb. Nəticədə maşın yol kənarındakı kanala düşüb.

Kanala düşən avtomobil qaldırıcı kranla kanaldan çıxarılıb.

Şahidlərin sözlərinə görə, avtomobili qadın sürücü idarə edirmiş.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR