• HADİSƏ

    10:16 14 mart 2019

Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqanda 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Dünyamalılar kəndində qeydə alınıb. Kənd sakini Məmmədov Nəcəf Əvəz oğluna məxsus 4 otaqlı evdə baş verən yanğın nəticəsində ev sahibinin oğlu Bəhruz Məmmədov ayağından yanıq xəsarəti alıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisəyə elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Habil Aslanoğlu

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR