Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Ağcabədi rayon sakini M.Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini X.Sarıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.