Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Beyləqan şəhərinin mərkəzi küçəsində baş verib.
“Chevrolet” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Beyləqan rayon sakini, 1952-ci il təvəllüdlü Nağıyev Tofiq Şaşan oğlunu vurub.
Piyada kəllə-beyin travması ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyiblər.
Habil Məmmədov