"Azərbaycan Beynəlxalq Bankı"na məxsus nəqliyyat vasitəsini qaçıran Fərid Quluzadə barəsində cinayət işi başlanılıb.
ONA-nın xəbərinə görə, F. Quluzadə Cinayət Məcəlləsinin 185.1-ci (Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)) maddəsi ilə ittiham edilir.
Cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.