• HADİSƏ

    21:25 13 fevral 2021

Biləsuvar sakini naməlum sürücü tərəfindən vurulub

Biləsuvar rayonunda piyada xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, piyadanın vurulması ilə nəticələnən hadisə axşam saatlarında rayonun Nəsimikənd kəndində baş verib.

Hələlik kimliyi məlum olmayan şəxsin idarə etdiyi avtomobil 1985-ci il təvəllüdlü Rauf Sadıqovu vurub. Xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR