• HADİSƏ

    12:14 15 may 2019

Biləsuvarda avtomobil aşıb, ölən var

Biləsuvar rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 14-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sumqayıt şəhər sakini Q.Həmidov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, həmyerlisi Elman Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR