• HADİSƏ

    13:11 8 aprel 2019

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində “Mercedes” markalı avtomobil Cəlilabad rayon sakinini vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 6-da saat 9 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində kənd sakini Ş.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Cəlilabad rayon sakini Şükür Şükürovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Biləsuvar Raton Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR