• HADİSƏ

    21:34 14 fevral 2021

Biləsuvarda avtomobil yanıb, sürücü xəsarət alıb

Biləsuvarda avtomobildə yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Qeyrət Muradovun idarə etdiyi "Mercedes" markalı avtomobil rayonun Səmədabad kəndində aşıb. Daha sonra alışıb.

Hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən sürücü yanan avtomobildən çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib. Q.Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR