Biləsuvar sakininə məxsus avtomobildən silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil saxlanılıb.
Biləsuvar RPŞ-də avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli, lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.