Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1,1 kiloqramdan atıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Biləsuvar rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11.726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onlar narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.