Binəqədi RPİ-də intihara cəhd hadisəsi baş verib.
ONA-nın məlumatına görə, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu polislər tərəfindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə gətirilib.
O, üzərində gəzdirdiyi bıçaqla qarnının ön divarına zərbə vurub. Yaralı polis nəzarəti altında dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
E.Cabbarov cərrahi əməliyyat olunub.