• HADİSƏ

    05:14 16 mart 2019

Binəqədi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Məlum olub ki, "Opel" markalı avtomobil yol nişanının tələbini pozaraq, əsas yolla hərəkət edən "Mercedes" markalı digər avtomobilin qarşısına çıxıb. Nəticədə avtomobillər toqquşub. "Mercedes"in sürücüsü Araz Ağayev ONA-ya müsahibəsində bildirib ki, o, qəza zamanı qolundan xəsarət alıb. Xəsarət alan şəxsə təcili tibbi yardım xidmətinin əməkdaşları ilkin tibbi yardım göstərib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR