• HADİSƏ

    04:18 8 may 2019

Binəqədi rayonunda yataqxanada yanğın olub - YENİLƏNİB - VIDEO

Paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş yanğının səbəbi məlim olub.

Sakinlərin ONA-ya verdiyi məlumata görə, naməlum şəxslər binanın 4-cü mərtəbəsində qeyri-müəyyən şəraitdə yanğın törədiblər. Nəticədə həmin mərtəbənin dəhlizində taxta divar və döşəmə yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əməkdaşlarının səyi nəticəsində yanğının mənzillərə keçməsinin qarşısı alınıb.

****

23:06

Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.
ONA-nın məlumatına görə, yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb.

Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR