Bakı sakinindən odlu və soyuq silah aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə,Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Əsədullayevdən 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng də aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.