• HADİSƏ

    00:04 20 avqust 2019

Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib - FOTO - VİDEO


Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

APA xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.
Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.

Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR