• HADİSƏ

    10:45 26 mart 2019

Yanğının söndürülməsinə cəlb olunmuş FHN əməkdaşı yaralanıb

Bakıda ticarət mərkəzində baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yaralanıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əli yaralanan şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.

Tüstüdən zəhərlənən dörd nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR