• HADİSƏ

    16:29 21 mart 2019

BNA iki sərnişin avtobusunun toqquşması barədə məlumat yayıb

Bu gün “BakuBus” MMC-yə məxsus iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən məlumata görə, hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR