• HADİSƏ

    10:51 26 mart 2019

BNA: Yanğınla əlaqədar Qara Qarayev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - YENİLƏNİB

Hazırda Nizami rayonunun Dakar dairəsində hərəkət normaldır. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqla dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin ONA-ya verdiyi məlumata görə, Q.Qarayev prospekti B.Nuriyev küçəsinin kəsişməsinədək yolda da hərəkət normaldır.

Qeyd edək ki, Dakar dairəsindən metronun "Qara Qarayev" stansiyası istiqamətində avtobuslar marş xətti üzrə fəaliyyət göstərirlər.

* * *

Saat 10:04

Bakı şəhərinin Nizami rayonu ərazisində, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində baş verən yanğınla əlaqədar hazırda yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin ONA-ya verdiyi məlumata görə, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR