• HADİSƏ

    10:40 26 aprel 2019

Borca görə iki qardaşı bıçaqlayan ata və oğulun məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı öldürməyə cəhd etməkdə təqsirləndirilən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 1-nə təyin edilib.

İttihama görə, Ağdam rayon sakinləri - M.Əzimov və R.Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçin Rüstəmovla borc üstündə mübahisə ediblər. Daha sonra ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar. Xəstəxanaya çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub. Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar. İstintaq orqanı tərəfindən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR