BQXK: I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürülüb
  • HADİSƏ

  • 10:12 05 May 2022

BQXK: I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürülüb

2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.

Qeyd olunub ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb.

Həmçinin, 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR