Braziliyada iki yeniyetmə məktəbdə silahlı insident törədib.
ONA-nın “Globo” portalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər ölüb, azı 17 nəfər xəsarət alıb. Silahlı insident yerli vaxtla 9:30-da baş verib. Bundan sonra həmin yeniyetmələr intihar edib. Hadisənin səbəbləri hələlik məlum deyil.
Şahidlərin dediyinə görə, yeniyetmələrdən biri odlu silahla, digəri isə bıçaqla silahlanıbmış. İnsidentin səbəbləri araşdırılır.