Braziliyada silahlı şəxslər uranla yüklənmiş avtomaşınları müşayiət edən polis karvanına hücum edib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Rio-de-Janeyro ştatının Anqra-duş-Reyş şəhərində baş verib.
Bildirilir ki, həmin radioaktiv materiallar iki AES-də istifadə edilməsi üçün nəzərdə tutulub. Polisin yaydığı məlumata görə, silahlı şəxslərin hücumunun qarşısı alınıb, xəsarət alan olmayıb. Eləcə də avtomobillərə yüklənmiş uran bədniyyətli hücumçulardan qorunub.