BŞBPİ Bakıda növbəti profilaktik-maarifləndimə tədbirləri keçirib - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 05:09 29 Avqust 2019

BŞBPİ Bakıda növbəti profilaktik-maarifləndimə tədbirləri keçirib - FOTO - VİDEO

Bakı şəhəri Baş Polis İdarəsinin (BŞBPİ) bir sıra profilaktik-maarifləndirmə tədbirləri həyata keçirib.

APA xəbər verir ki, BŞBPİ və tabeli polis orqanları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə istiqamətində tədbirlər gecə saatlarında da davam etdirilib.

Tədbirlər zamanı nəqliyyat vasitələrini konstruksiya dəyişikliyi olunaraq idarə edən, sərxoş vəziyyətdə sükan arxasına keçən, yol-hərəkəti qaydalarını pozan sürücülər və eləcə də vətəndaşlar saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb.

Nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edən sürücülər isə saxlanılaraq Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb. Müayinədən keçdikdən sonra sərxoş olduqları öz təsdiqini tapıb.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR