• HADİSƏ

    17:42 22 aprel 2019

BŞBPİ-də geniş əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

İdarədən ONA-ya verilən məlumata görə, BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov rüb ərzində paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verdiyini, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını qeyd edib.

O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR