İyun ayında 11 nəfəri ilan sancıb.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, ilan sancan 11 nəfərdən 2-si uşaq olub: “Bundan başqa, şöbəmizə 3 nəfər əqrəb, 1 nəfər qaraqurd sancması ilə bağlı müraciət edib”.
Onun sözlərinə görə, iyun ayında 2 nəfər sirkə turşusu, 8 nəfər dərmandan zəhərlənib.