Bu gün qəzaya düşən Tiflis-Bakı sərnişin avtobusunun sürücüsünün fəaliyyətinə xitam verilib.
Bu barədə ONA-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, qəzaya düşən avtobusun daşıyıcı şirkətin direktoru Bəsti Məmmədova gürcü sürücünün fəaliyyətinə xitam verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Qaradağ rayonu Nəvahi postu ərazisində Tiflis-Bakı marşrutuyla hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb. Belə ki, “Araz Trans” beynəlxalq sərnişin daşıma şirkətinə məxsus Gürcüstandan gələn "Mercedes-Benz" markalı avtobus səhər saatlarında Qaradağ rayonu ərazisində qarşısında hərəkətdə olan ot daşıyan “Qaz-53” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.