• HADİSƏ

    17:55 10 iyul 2019

Bu il Bakıda yol qəzalarında 77 nəfər ölüb, 216 şəxs xəsarət alıb

“Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2796 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 123 bağlı cinayət açılıb.

ONA-nın xəbərinə görə, bu gün Bakı Şəhər Baş Polis İdarəsində bu ilin birinci yarısına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarə rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov bildirib ki, bununla yanaşı, 23 soyğunçuluq və quldurluq cinayəti törətmiş 21 nəfərdən ibarət 13 qrup, eləcə də 51 mənzil oğurluğu törədən 67 nəfərdən ibarət 30 cinayətkar qrup ifşa olunub, narkotiklərlə bağlı aşkarlanan 681 fakt üzrə qanunsuz dövriyyədən 303 kiloqramdan çox narkotik vasitə çıxarılıb, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara dəyən maddi ziyanın 92,8 faizinin ödətdirilməsi təmin olunub.

O qeyd edib ki, paytaxt ərazisində qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR