2019-cu ilin 6 ayı ərzində Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub, 118 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yarım illik statistik məlumatında bildirilib ki,
ötən ilin I yarım illiyi ilə müqayisədə yanğından həlak olanlar 18 nəfər və ya 33% az, xəsarət alanlar isə 30 nəfər və ya 35% çoxdur.
Qeyd olunub ki, bu ilin altı ayı ərzində respublikada 7050 texnogen mənşəli hadisə qeydə alınıb.
Texnogen mənşəli hadisələr nəticəsində 47 nəfər həlak olub, 178 nəfər xəsarət alıb.
Bu da 2018-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 15 nəfər və ya 24% azdır, xəsarət alanlar üzrə 60 nəfər və ya 51% çoxdur.
2019-cu ilin yarım ilində respublika ərazisində 7141 təbii və texnogen mənşəli hadisə baş verib.
Bildirilir ki, bu, 2018-ci ilin I yarımilliyi ilə müqayisədə 327 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 49 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 43 nəfər xilas edilib, 874 nəfər təxliyə olunub.