Azərbaycanda 2024-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.
ONA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.
Bundan başqa, Azərbaycanda 2024-cü ilin 9 ayı ərzində 47 partlayış hadisəsi baş verib.
Bu, 2023-ci ilin 9 ayı ilə müqayisədə 12 hadisə və ya 4% çoxdur. Partlayışlar zamanı 27 nəfər həlak olub, 75 nəfər xəsarət alıb.
Həmçininin 2024-cü ilin 9 ayı ərzində 12014 texnogen mənşəli hadisə baş verib.
Hadisələr nəticəsində nəticəsində 62 nəfər həlak olub, 240 nəfər xəsarət alıb. Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 20 nəfər və ya 48%, xəsarət alanlar üzrə 66 nəfər və ya 38% çoxdur.