• HADİSƏ

    16:09 18 aprel 2019

Cahangir Hacıyevlə birlikdə həbs olunan şəxsin cəzası azaldılıb

Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı"nın sabiq sədri Cahangir Hacıyevlə birlikdə ittiham olunan Bakı Fındıq Emalı zavodunun direktoru olmuş Azad Cavadov, bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirov və İbrahim Hüseynovun kassasiya şikayətlərinə baxılıb.

ONA-nın xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, “Beynəlxalq Bank”ın inzibati binalarının mühafizəsini həyata keçirən “Inter Security MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov cəzası 8 ildən 5 ilə endirilib. Digər şəxslərlə bağlı şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə C.Hacıyev 15 il, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov 8 il azadlıqdan məhrum edilib, M.Cahangirova isə 7 il 6 ay şərti cəza verilib. Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. Hazırda onun haqqındakı ikinci cinayət işi üzrə ümumilikdə 22 nəfərin məhkəməsi gedir. Onlara qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi “General Construction”ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR